Celil Memmedquluzade

Görkəmli Azərbaycan yazıçısı ictimai xadim, böyük demokrat kimi şöhrət qazanmış Cəlil Məmmədquluzadə mənsub olduğu ölkənin və xalqın istiqlalı və müstəqilliyi uğrunda mübarizə  aparmış qüdrətli vətəndaş sənətkarıdır.
Ədibin əsil sənətkarlıq nümunəsi sayılmağa layiq olan bədii əsərləri və publisistikası hər cür ictimai mənəvi əsarətin, fanatizmin, cəhalətin aradan qaldırılmasına və milli oyanışa həsr olunmusdur. Bütün bunlara görə Cəlil Məmmədquluzadə çoxəsrlik Azərbaycan ədəbiyyatının milli ifitxarı, dünya bədii mədəniyyətinin görkəmli nümayəndəsidir. “Molla Nəsrəddin” jurnalı ədibin şah əsəridir. Mirze Cəlilin ədəbi ictimai fəaliyyətində  “Molla Nəsrəddin” jurnali xüsusi yer tutur.

     Jurnal şəkilləri Avə yazıları ilə birlikdə həmin dövrün mühitində böyük marağa səbəb olmuşdur. Jurnalın səhifələrində dərc olunan yüzlərlə felyetonları  və publisist məqalələri  milli satirik publisistikanin yaranmasında böyük rol oynmışdır.
Yazıçının “Usta Zeynal”, “Dəllək”, “İranda hurriyyət”, “Qurbanəli bəy”,”Quzu”, “Nigarançılıq”, “Konsulun arvadı” və s. hekayələri onu kiçik janrın böyük ustadı kimi tanıtmışdır.
C.Məmmədquluzadənin dram əsərləri Azərbaycan dramaturgiyasının inkişafında yeni mərhələ təşkil edir. Ədibin “Ölülər”, “Dəli yığıncagı”, “Anamın kitabı”, “Kamança”, “Danabaş kədinin məktəbi”, “Ər” , “Yiğıncaq” kimi dram əsərləri var.

About these ads

4 Şərh

Kateqoriysı Uncategorized

Celil Memmedquluzade” üçün 4 cavab

  1. Maraqli yazidi …Menim sevimli yazicilarimdan biridir

  2. menki dagdan damadan baxmaz idim su kimi her terefe axmaz idim-bu misralar Celil Memmedquluzadenindir yoxsa bawqasinin?mene bu weir lazimdir.birde muellifi.kim bilirsen xahiw edirem en ezanindan bu werin adini ve yazarini desin.

    • salam şerin müəllifi M.Ələkbər Sabiridi

      Mirzə Ələkbər Sabir-Hop hopnamə

      ÇATLAYIR, XANBACI, QƏMDƏN ÜRƏYİM

      Çatlayır, Xanbacı, qəmdən ürəyim,
      Qavışıb lap acığımdan kürəyim.

      Nola bir evdə qoyaydız qarabaş,
      Verməyəydiz məni bu əbləhə, kaş!

      Mən ki, damdan, bacadan baxmaz idim,
      Su kimi hər tərəfə axmaz idim.

      Hərzə-hərzə danışıb gülməz idim,
      Ər nə şey olduğunu bilməz idim;

      Oturub ac komasında atamın,
      Biş-düşün hazır edərdim anamın;

      Bitləyərdim nənəmin baş, yaxasın,
      Yamayardım babamın çul-çuxasın,

      Tez durub sübh sağardım inəyi,
      Xansənəmdən diləməzdim köməyi;

      Neyləyirdim bəzəyi уа düzəyi?
      Dama, divara yapardım təzəyi.

      Atam əllaf, babam dülgər idi,
      Qardaşım culfa, əmim kargər idi,

      Xanbibim falçı, nənəm bağ toxuyan,
      Bizdə, haşa, yox idi bir oxuyan!

      Evimizdə var idi hər nə desən:
      Qatıq, ayran ilə qaymaq, nə yesən!

      Nə bilirdik nə zəhirmardı kitab?
      Biz olan evdə haçan vardı kitab?

      Büsbütün gül kimi insanlarıdıq,
      Nə müəllim və nə dərs anlarıdıq.

      Dəftərin andıra qalmış sözünü
      Eşidib görməmiş idik üzünü.

      Boylə bir tərbiyəli evdə müdam
      Bəslədiz mən kimi bir sərvi-xüram.

      Vay о gündən ki, məni ad elədiz,
      Elə bildiz də ki, dilşad elədiz.

      Mən də sandım ki, dönüb bəxtəvərə, —
      Gedirəm bir nəfər insana ərə.

      Nə bilim boylə də insan varmış,
      Şəkli-insanda da heyvan varmış.

      Ər oxurmuş da, yazarmış da, atam!
      Ər deyil, möhlik azarmış da, atam!

      Ər deyil, şair imiş xanəxərab!
      Fikri yazmaq, oxumaq, suglu kitab….

      Saldız axırda yaman hala məni,
      Ərə verdiz də bu qəffala məni.

      Gah yazır, gah oxuyur, gah danışır,
      Gündə bir hərzə kitabnan tanışır;

      Gah gedir fikrə, bərəldir gözünü,
      Məhv olur oylə ki, bilmir özünü;

      Sübh olunca gecələr darğa kimi,
      Yatmayır, qır-qır edir qarğa kimi;

      Gah da bir yatsa da vəqtində əgər,
      Çəkməyir yuxladığı bir о qədər,

      Qəflətən bir də görürsən ki, durur,
      Yandırıb lampanı çılpaq oturur;

      Başlayır yatdığı yerdə təzədən
      Oxuyub yazmağa bir də təzədən.

      Belə od olmaz, atam, boylə alo!
      Od deyil, yanğı deyil, lovdur, lo!

      Gah görürsən ki, miz üstə yıxılır,
      Baxıram halına qəlbim sıxılır;

      Bir qarandaş, bir-iki parə kağız
      О qədər çəkmir — olur qarə kağız.

      Xeyrini, şərrini qanmır bu kişi!
      Yorulub bircə usanmır bu kişi!

      Bizim evdə baxasan hər tərəfə —
      Taxçaya, boxçaya ya kim, irəfə —

      Görəcəksən bütün işqabda kağız,
      Kasada, nimçədə, boşqabda kağız;

      Yığılıb dağ kimi hər yanda kitab,
      Evdə, dəhlizdə və eyvanda kitab.

      Deyirəm, ay kişi, bir gəl özünə,
      Bu nə işdir, a kül olsun gözünə!

      Bu əməl etdi səni xanəxərab,
      Pulların döndü bütün oldu kitab.

      Oxuduqca gözünün qarəsini
      Aparır, tap başının çarəsini.

      Pul gedir, tabü təvanın da gedir
      Üstəlik bir quru canın da gedir.

      Kəsbkarlıqdan əlin çıxdı, usan!
      Ər olan yerdə görüm yox olasan!

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Connecting to %s