Advertisements

Bir şərh yazın

Yanvar 13, 2013 · 6:54 axşam

Nəriman Nərimanov

Nəriman Nərimanovun yaradiciliqi Azərbaycan ədəbiyyatinin və ictimai- ədəbi fikrinin yeni dircəlmə dovrunə təsaduf etmisdir.N.Nerimanov muellim, edebiyyatimizda tarixi facie janrinin banisi, nasir, hekim,jurnalist,publisist ve teatr xadimi kimi milli mədeniyyətimizin inkisafina tesir gostemisdi. XX esrin axirlarindan onun dovri metbuatda coxlu sayda felyetonlari, edebi- tenqidi, elmi publisist meqaleleri,eyni zamanda dram ve nesr eserleri cap edilmisdir.Edibin yaradiciliqinda “Nadanliq” “Şamdan bəy” “Nadir şah” dramlari, “Bahadir ve Sona”romani, “Pir”, “Bİr kəndin sərguzeşti” “İdil kənarinda”, Şeytan bazarda” povest ve hekayələri həmcinin coxlu sayda məqalə və felyetonlari vardir.”Nadanliq”(1894) komediyasi Nərimanovun ilk qələm təcrubəsidir.Əsərin ideyasi feodal həyatinin kohnə adət-ənənələrinə, cəhalalətə qarsi mübarromaniizədir. “Şamdan bəy komediyasi burjua cəmiyyətinin doğurduğu fəlakətlərə qarsi cixir. “Nadir Şah” tarixi faciəsiəsində ədib Şərq despotizminə, taxt-tac hakimiyyətinə qarşi cixir və bununla o tarixi faciə janrinin əsasini qoyur. N.Nərimanovun nəsr yaradiciliği da cox uğurlu olmuşdur.”Bahadir və Sona” romani” Pir” povesti “Bir kəndin sərgüzəşti” hekayəsi vətənin yüksəlişi yolunda apardiği mübarizə barədə aydin təsəvvür yaradir. “Bahadir və Sona”romaninda yazici xalqlar dostluğunu on plana çəkir. N.Nərimanov “Həyat” qəzetində “nər” “Ari bəy” imzasi ilə felyetonlar və məqalələr çap etdirirdi.

Bir şərh yazın

Kateqoriysı Uncategorized

Əbdürrəhim Bəy Haqverdiyev

XX əsr Azərbaycan ədəbiyyatinin  ən boyük numayəndələrindən olan Əbdürrəhim Bəy Haqverdiyev ədəbiyyat tariximizdə boyuk dram əsərləri, satirik hekayələr  müəllifi və ictimai xadim kimi əvəzedilməz rol oynamışdır. Ə.Hhaqverdiyev 1870 ci ildə Şuşada anadan olmuşdur.  1890 ildə Şuşa realnı məktəbini bitirib  Tiflis realnı məktəbinin sonuncu sinfinə daxil olmuşdur. 1891 ci ildə isə Peterburqda təhsilini davam etmişdir.  Azərbaycan ədəbiyyatında ilk əsərləri “Yeyərsən qaz ətini, görərsən ləzzətini” (1892 )  və “Dağılan tifaq”(1896) əsərləridir. Yazıcının “Bəxtsiz cavan” “Pəri Cadu” “Ağa Məhəmməd şah Qacar”   əsərləri də ədəbiyyatımızda xüsusi yer tutur. Ədib yaradıcılığa dram əsərləri ilə baslamisdir “Molla Nəsrəddin” jurnalı fəaliyyətə basladiqdan sonra ədib fəaliyyətini orda davam etdirmisdi. Ceyranəli, Xortdan, Mozalan,Süpürgəsaqqal və başqa imzalarla hekayə felyeton və publisistik məqalələri ilə jurnalda fəaliyyət gostəmisdi. 1927 ci ildə Haqverdiyev fıaliyytinin otuz beş illik yubileyi kecirilir. 1928 ci  ildə ədəbiyyat və incəsənət sahəsindəki xidmətlərinə görə əməkdar incəsənət xadimi adı alır. 1924 cu ildə Ə.Haqverdiyev Rusiya Elmlər Akademiyasının ölkəşünaslıq  bürosuna üzv seçilmisdir. Ədibin  Qərbi Avropa  Rus ədəbiyyatından bir sira tərcümələri də var. Haqverdiyevin “marallarım silsiləsindən cap etdirdiyi hekayələri  xüsusi onəm kəsb edir. Ədibin hekayələrində ictimai mühitin nöqsanları üzə cixır. Haqverdiyev Yaradıcılığinda mühüm mövqe tutan “Həmşəri Pasportu” “Bomba” Diş Ağrısı”  “Şikayət” Şeyx Şaban”  “Pir” Mirzə Səfər” və basqa hekayələrindəki mövzular bugün də öz aktuallığını saxlayır.  Əbdürrəhim Bəy haqverdiyev  1933 ildə Bakıda vəfat etmişdir

Bir şərh yazın

Kateqoriysı Uncategorized

C.Məmmədquluzadənin “Ölülər” dramı haqqında qısa məlumat

C.Məmmədquluzadə yaradıcılığında “ölülər” mühüm mövqe tutan dramlardan biridir.Tragikomediyanın yazılması 1909 cu ilə təsadüf edir. Əsərin 1916 cı ildə Bakıda uğurla səhnəyə  qoyulması isə onun ədəbi şöhrətini daha da artırmışdı.Bu dram vasitəsilə yazıçı movcud cəmiyyətə qarşı  öz etirazını bildirir. Bu etirazıni yazıcı İskəndər obrazı vasitəsilə edir. İnsanların  cox acınacaqlı bir mühitdə yaşaması İskəndər obrazina cox böyük təsir edir. Ancaq mövcud cəmiyyətə etiraz etsə də insanlar tərəfindən bu etiraza dəli adı verilir. İnsanların öz dəyərlərini cox asaqı səviyyəyə salıb bundan bir şüar, bir qayda qanun kimi istifadə etmələri onu da özünə məxsus etiraz etməyə vadar edir. Bunları görən İskəndər şərab icib kefli gəzməyə baslayır və buna gorə də Kefli İskəndər adlanır. Mövcud cəmiyyəti əks elətdirən ən boyük obraz Şeyx Nəsrullah obrazıdır. Şeyx Nəsrullahın olu diriltmək  bacarığına inanıb burda da insanlar ozlərinə lazim olan insanları diriltmək istəyirlər. Bütün bunlara görə İskəndər həmin mühitidəki insanları məhz “ölülüər” adlandırır.Şeyx Nəsrullaha inanan insanların hamısı öz qohum əqrabasının siyahısını tutur  və Şeyxə müraciət edirlər bundan əlavə öz qizlarını ona övrət olmağı təklif edirlər. Guya həmin qizlar o zaman cənnətə duşəcəklər.Əsərin sonunda ustalıqla aradan çıxan Nəsrullahın fırıldaqçı olması insanlara məlum olur və Kefli İskəndərin Ölülərə manoloqu ilə əsər başa catır.

Bir şərh yazın

Kateqoriysı Uncategorized

Celil Memmedquluzade

Görkəmli Azərbaycan yazıçısı ictimai xadim, böyük demokrat kimi şöhrət qazanmış Cəlil Məmmədquluzadə mənsub olduğu ölkənin və xalqın istiqlalı və müstəqilliyi uğrunda mübarizə  aparmış qüdrətli vətəndaş sənətkarıdır.
Ədibin əsil sənətkarlıq nümunəsi sayılmağa layiq olan bədii əsərləri və publisistikası hər cür ictimai mənəvi əsarətin, fanatizmin, cəhalətin aradan qaldırılmasına və milli oyanışa həsr olunmusdur. Oxumağa davam et

4 Şərh

Kateqoriysı Uncategorized

youtube share

Bir şərh yazın

Kateqoriysı Uncategorized

Sesin gelsin!

Cox xahis edirem ses verin        

Bir şərh yazın

Kateqoriysı Uncategorized